Azərbaycanda deputatın etik davranış kodeksi hazırlanır - QALMAQALLI ÇIXIŞLAR PARLAMENTİ TƏRPƏTDİ

  • By admin
  • 13 Yanvar 2017 14:33

millimeclis-2015_40

Azərbaycanda deputatlarının etik davranış qaydaları hazırlanır.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.

Gununsesi.info