Azərbaycanda deputatların koronavirus testinin cavabı açıqlandı

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun koronavirus testinin nəticəsi bəlli olub.

Gununsesi.org-un xəbərinə görə, S.Novruzovun testi neqativ çıxıb.

Digər deputat Tahir Kərimlinin də analizinin cavabı neqativ olub.

Xatırladaq ki, deputat Sahib Alıyev koronavirusa yoluxub. Bundan sonra bütün deputatlar COVID-19 analizi veriblər.

Gununsesi.org