Azərbaycanda dini etiqad azadlığını pozan 162 nəfər müəyyənləşdi

  • By admin
  • 29 Yanvar 2018 13:18
     
“Keçən il dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib”.
Gununsesi.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda keçirilən seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oktay Tağıyev bildirib.
O. Tağıyev bildirib ki, həmin şəxslərdən 2 nəfəri cinayət məsuliyyətinə cəlb olunub: “2 nəfərlə bağlı prokurorluq orqanlarına müraciət olunub. Həmin şəxslərdən 3 ədəd tüfəng, 585 ədəd zərərli dini ədəbiyyat götürülüb. Görülmüş tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxslərdən 2 nəfər inzibati həbs edilib, 52 nəfər 86 min manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq olunub. 4 azyaşlı barədə materiallar yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib”.
O. Tağıyev 2017-ci ildə Azərbaycanda yaşamaq hüquq verən sənədləri olmadan ölkədə yaşayan 144 əcnəbi müəyyənləşib: “Həmin şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. 17 nəfər ölkə hüdudlarından kənara çıxarılıb, 127 nəfər müvafiq tədbirlər görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə göndərilib”.
Gununsesi.info