
2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102 min 310 doğulan körpə qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən il ölkədə 58 min 909 ölüm halı qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.
Ölənlərin 2 min 519 nəfəri (4,3 faizi) 0-17 yaşda, 5 min 880 nəfəri (10,0 faizi) 18-49 yaşda, 14 min 693 nəfəri (24,9 faizi) 50-64 yaşda, 35 min 817 nəfəri (60,8 faizi) isə 65 və yuxarı yaşda olub.