Azərbaycanda dövlət idarəçiliyi təkmilləşdirilir - KAREN HİLL

  • By admin
  • 24 Noyabr 2016 14:06
birc
“Hər bir ölkədə olduğu kimi şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir”.
Gununsesi.info xəbər verir ki, bu fikri SİGMA-nın rəhbəri xanım Karen Hill İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri“ mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Tədbirin əhəmiyyətindən danışan SİGMA-nın rəhbəri xanım Karen Hill çıxış edərək bilidirib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir. K.Hill  dövlətin maliyyə vəsaitindən  səmərəli şəkildə istifadəni, iqtisadi və sosial sahələrdə nailiyyətlərin əldə olunması və bununla da vətəndaşların rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün yaxşı idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. “Hər bir ölkədə olduğu kimi şübhəsiz ki, Azərbaycanda da dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Bu məqsədə nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər qurumların müvafiq şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq, o cümlədən iqtisadi və sosial islahatlar üçün zəruri əlavə dəstək rolunu oynamaqla uğurlu fəaliyyətə zəmin yaradacaq. ”
 Mürtəza
 Gununsesi.info