Azərbaycanda elektrik enerji ixracı artıb

Bu ilin yanvar–fevral aylarında elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kilovat-saat, ixracı 301,5 milyon kilovat-saat, idxalı isə 19,5 milyon kilovat-saat olub.

Gununsesi.infoxəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

O bildirib ki, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 510,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

 

 

Gununsesi.info