Azərbaycanda erməni istehsalı olan siqaret satılır - Karantində bağlı sərhədlərdən necə gətirilib? (FOTO+VİDEO)

  • By arzu
  • 18 May 2020 17:06

Azərbaycanda istehlakçı Ermənistanda istehsal olunmuş siqaret satıldığının şahidi olub.

Gununsesi.org Oxu.Az istinadla xəbər verir ki, bu barədə həmin sayta foto və videolar göndərilib.

Sübutları göndərən yerli sakin iddia edir ki, siqareti Sabirabadda yerləşən marketlərdən birindən alıb:

“Sabirabadın girişindəki dairəvi yolun yaxınlığında yerləşən kiçik marketə daxil oldum. Siqaret alıb çıxdım. Onun üzərində “Masis” yazılıb. Sonra diqqətlə baxanda üzərində “Made in Armenia” yazısını gördüm.

Bəlkə də, inanmazlar, amma üç aydan çoxdur, ölkədə karantin rejimi tətbiq olunur. Heç yerə gedə bilmirik. Ermənistan istehsalı olan siqaretlər Azərbaycana necə gətirilib, başa düşə bilmirəm”.

 

 

Gununsesi.org