Azərbaycanda evlənənlərin sayı azalıb

  • By Günel
  • 13 Sentyabr 2024 17:02

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halı qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Gununsesi.info