Azərbaycanda fantastik qiymətə avtomobil satılır - Fotolar

Azərbaycanda yeni “Rolls-Royce Ghost” model avtomobil 1 190 000 manata satılır.

Gununsesi.info xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb.

Bildirilir ki, 2025-ci il istehsalı olan avtomobilin mühərrikinin işçi həcmi 6.7 litr, gücü 563 at qüvvəsindədir.