Azərbaycanda fiziki məhdudiyyətli gənclər evləndi - VİDEO

  • By admin
  • 07 İyul 2017 17:42

125884_j3nhkwxic4

Azərbaycanda sağlamlıq imkanlarından məhdud olan Namaz və Fatma adlı şəxslər ailə qurublar. 

Gununsesi.info ARB 24-ə istinadən xəbər verir ki, ötən gün onların həyatında ən əlamətdar an olub. 1-ci qrup əlil olan Fatma Babayevanın anadangəlmə yeriməsində qüsuru var. Namaz da 1-ci qrup əlildir. Onun qüsuru isə anadangəlmə inkişaf zəifliyidir.

Povirinqlik ağırlıq qaldırma ilə məşğul olan Namaz Azərbaycan və Avropa çempionudur. Toy mərasiminə gələn yaxınları və tanışları hər iki gəncin şəninə xoş sözlər ünvanlayıblar.

Gununsesi.info