Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb

  • By admin
  • 27 İyul 2017 22:36

hebs_0451
Ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28 % artıb.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, bu ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.

İclasda həmçinin bildirilib ki, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.

Gununsesi.info