Biləsuvarda quldurluq hadisəsi baş verib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar rayon mərkəzində qeydə alınıb.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır.
Gununsesi.info