Çin dərmanları avropa məhsulu adı ilə Azərbaycana satılır - MUSA QULİYEV

  • By admin
  • 12 Aprel 2017 13:04
musa quliyev
“Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər”.
Gununsesi.info xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, buna görə də bəzi hallarda həkimlərimizin təyin etdiyi dərmanlar o qədər effekt vermir:
“Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir”.
M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi məsələsi daim diqqətdə olmalıdır.
Deputat təklif edir ki, Azərbaycanda 400-500 adda dərmanın qiyməti dövlət tərəfindən  tənzimlənə bilər, qalanlarının qiymətini sərbəst tənzimlənsin.
M.Quliyev bioloji fəal maddələrin işlənmə qaydasının da hazırlanmasını vacib sayıb.
O bildirib ki, bioloji aktiv maddələr dərman deyil. Tərkibində bioloji fəal maddələr olan bu vasitələrdən həddsiz, dozasız istifadə  insana zərər verə bilər:
“Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabilitasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidirlər”. 
Mürtəza
Gununsesi.info