“Azərbaycanda müşahidə olunan qeyri-sabit havaların keçməsinə səbəb Rusiyada baş verən kəskin isti və soyuq cərəyanların toqquşmasıdır”
Bu il Azərbaycan ərazisində iyun ayın xarakterik olmayan qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Düzdür, respublikanın rayonlarında ilin bu mövsümündə, xüsusən də dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışların yağması, dolu düşməsi halları baş versə də, bu, qısa zaman kəsiyini əhatə edirdi. Ancaq bu il əvvəlki illərlə müqayisədə intensiv qaydada güclü leysan yağışlarının və dolu düşməsi halını müşahidə etməkdəyik. Metereoloqlar belə hava şəraitinin bundan sonra da bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar. Əgər ötən illərdə ilin bu mövsümündə insanlar dənizdə və çimərlikdə istirahət edirdisə, bu il hələ ki, çimərlik mövsümü açlmayıb. Səbəb dənizdə suyun qoyuq olmasıdır. Hazırda Xəzər çimərliklərində suyun temperaturu 13-17 dərəcə arasındadır. Ölkədə hökm sürən qeyri-hava şəraitinin səbələrini araşdırmaq məqsədi ilə ekoloqlara müraciət etdik. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Gununsesi.info-ya açıqlamasında bildirdi ki, son günlərdə Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraitinin hökmsürməsinə səbəb Rusiyada soyuq və isti hava axını cərayənlarının baş verməsidir. Onun sözlərinə görə, Rusiyanın mərkəzində kəskin soyuq və isti hava cərəyanlarının toqquşması nəticəsində bu gün dünyanın bir çox ölkələrinə, o cümlədən Azərbaycanda da hava şəraitinə öz mənfi təsirini göstərməkdədir. “Məhz bunun nəticəsidir ki, ölkədə intensiv yağntılar müşahidə olunur. Dağlara qar yağır, rayonlarda dolu düşür, güclü leysanlar yağır . Hətta Rusiyanın şimal hissəsində güclü qar yağması, bir sra ölkələrdə isə ziyanvurucu daşqınlarla müşahidə olunur. Mütəxəssislər bu il hava şəraitinin belə formada qeyri-sabit keçməsini Rusiya ərazisində kəskin isti və soyuq cərəyanların toqquşması ilə izah edilər. Daha bunun süni yolla həyata keçirilməsi ilə bağlı deyilənlərin əsası yoxdur”, – deyə ekoloq vurğulayıb. Ekoloq onu da əlavə edib ki, bu da öz növbəsində kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurur: “Bu eyni zamanda iqtisadiyyatın digər sahələri, xüsusən də turizm sektoruna da mənfi təsirini göstəirir. Fikir verin ildə bu vaxtlar Bakıda insanlar Xəzər dənizində çimirdilər, ancaq bu il hələ çimərlik mövsümü demək olar açılmayıb. Buna da səbəb havanın temperaturunun aşağı olması, qeyri-sabit hava şəraitidir”.
Mürtəza Bünyadlı