Azərbaycanda hazırlanmış çox nəfis Quran kitabı Böyük Britaniyada, Londonda “The Khalili Collections”da saxlanılır. 1175-1225-ci illərə aid bu kitab böyük ehtimalla Naxçıvanda, Culfada hazırlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat paylaşıb.
O bildirib ki, əsas mətn mühəqqaq xətti ilə, ikinci dərəcəli mətnlər kufi və nəsx xətti ilə yazılıb:
“Bu, Azərbaycan Atabəylər dövlətininin sonuncu hökmdarı Öz Bəy Müzəffərəddinin baş vəziri Əbül-Qasım Harun ibn Əli ibn Zəfərə həsr olunmuş yeddi hissəli Quran nüsxəsidir”.