Azərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək

  • By arzu
  • 25 Mart 2020

Azərbaycanda əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq.

Gununsesi.org xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində tərəflərin götürdüyü öhdəlikdə öz əksini tapıb.
Sazişə əsasən, tərəflər “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq öhdəliyini götürüb.
Eyni zamanda sazişdə tərəflərin içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq öhdəliyi öz əksini tapıb.

Həmçinin sazişdə tərəflərin götürdüyü öhdəlikləri arasında Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər və sahibkar birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərməsi də yer alıb.

Gununsesi.org