Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə işdən çıxdı

Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.

Gununsesi.info Moderator.az-a istinadla xəbər verir ki, ilkin məlumata görə, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.

Səbəb olaraq səhhətində yaranan problemləri göstərib.

Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.