Azərbaycanda ifrat yoxsulluq ləğv edilib - MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİ BELƏ DEYİR

  • By admin
  • 13 Sentyabr 2019 11:16

 

Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

HTML tutorial

Etikxeber.az xəbər verir ki, konfransda Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edir.

Məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmasıdır.

“Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib”.

Bunu isə  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, kölgə iqtisadiyyatına kasıb ölkələrdə rast gəlinməsi təsadüfi deyil.

“Müstəqilliyin ilkin illərində insanları ilk növbədə yaşamaq uğrunda mübarizə aparmaq maraqlandırırdı, bu sahədə uçot, qeydiyyat aparılması mümkün deyildi. Bu gün isə Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi 4-5%-ə düşüb. Biz artıq oturuşmuş bir dövlət yaratmışıq, Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib.

Bütün bunlar artıq ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmasını aktual edir. Əgər biz dünyanın Ən aparıcı şirkətləri ilə əməkdaşlıq ediriksə, mühüm beynəlxalq nəqliyyat mərkəzinə çevrilirsə, bu addımların daha güclü, effektli olması üçün şəffaflığın artırılması diqqət mərkəzində olmalıdır”-deyə, komitə sədri bildirib.

Gununsesi.org