Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib.
“T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”, – deyə məlumatda bildirilir.
***14:27
Zərdabda II sinif şagirdi vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektoru məlumat yayıb.
Qeyd edilib ki, Əlvənd kənd tam orta məktəbin II sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızı vəfat edib.
Gununsesi.info