Azərbaycanda “İlin müəllimi” özünü asdı

  • By admin
  • 23 Noyabr 2016 17:00

muellim99Azərbaycanda müəllim özünü yaşadığı evdə asaraq intihar edib.
Gununsesi.info xəbər verir ki, hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb. 297 saylı orta məktəbin ingilis dili müəllimi Azelma Mirzəyeva yaşadığı evdə özünü asıb.
297 saylı orta məktəbin direktor müavini Rəfiqə Sadıqova faktı təsdiq edib:
“Çox savadlı və adına görə tanınan bir müəllimə olub. İki il bundan əvvəl 65 yaşı ilə əlaqədar təqaüdə çıxıb. Məktəbdə işlədiyi dövrdə biz ondan yaxşılıqdan savayı heç nə görməmişəm. Onun yanına 20-30 şagird hazırlığa gəlirdi. İngilis dili müsabiqəsində qalib olub. Onun işlədiyi dövrdə tələbələrinin sorağı uzaqlardan gəlib. Biz onun həmişə nailiyyətlərini görmüşük”.
Rəfiqə Sadıqova qeyd edib ki, müəllim kollektivi Azelma Mirzəyevanı heç kimlə işi olmayan insan kimi tanıyıb:
“İşdən çıxandan sonra əlaqələrimiz olmayıb, gedib-gəlməmişik. Onun səhhətində hər hansı bir problem hiss etməmişəm. Onun heç kimi yox idi”.

Gununsesi.info