Azərbaycanda ilk dəfə pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıldı – VİDEO

  • By admin
  • 01 Avqust 2021 17:56

Zaqatalada maraqlı hadisə yaşanıb.

Gununsesi.info xəbər verir ki, rayonun Yuxarı Tala kəndinin baytar həkimi Novruz Qurbanov doğuş etməkdə çətinlik çəkən pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıb. Əməliyyat uğurla keçib, pişik və balaları sağ-salamatdır.

HTML tutorial

N.Qurbanov Lent.az-a açıqlamasında pişik üzərində ilk dəfədir belə bir əməliyyat keçirdiyini bildirib:

“İki gün idi pişik doğuş edə bilmirdi. Heyvan çox əziyyət çəkirdi. Belə qalsaydı özü də, balaları da ölə bilərdi. Mənə müraciət olunan kimi dərhal əməliyyata razılıq verdim. Dörd balasını pişiyin bətnindən çıxardıq. Çox şükür hər şey yaxşı bitdi. Hazırda pişiyin və balalarının vəziyyəti yaxşıdır”.

//baku.tv/az/cemiyyet/41907/#t=0

Gununsesi.info