Xəbər verdiyimiz kimi, bu gün Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunan 83 nəfər vəkil andı içərək fəaliyyətə başlayıb.
Gununsesi.info xəbər verir ki, təntənəli şəkildə keçirilən andiçmə mərasimində yeni üzvlərə vəkil vəsiqələri ilə yanaşı, ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar da təqdim edilib.
Yeni üzvlərə vəkil reyestrindən çıxarışların verilməsi Azərbaycan vəkilliyi üçün yenilikdir. Belə ki, artıq həmin çıxarış vasitəsilə vətəndaşlar hüquqi yardımla bağlı müraciət etdikləri vəkil barədə məlumatları asanlıqla dəqiqləşdirə bilərlər.
Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə xüsusi önəm verən Vəkillər Kollegiyası vəkil reyestrindən çıxarışların verilməsində Türkiyə təcrübəsindən faydalanmışdır.
Gununsesi.info