Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılıgı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “Insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Sabirabad Peşə Liseyində tədbir keçirib.
Gununsesi.info-nun xəbərinə görə, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. M.Əmirhüseynova dövlət başçısı İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın uğurla icra olunduğunu vurğulayıb. M.Əmirhüseynova İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator , Daxili İşlər Nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə apardıgını önə çəkib. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə quruldugunu bildirib. O, insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova qeyd edib ki, İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq yardım göstəriləcək
Həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis-baş leytenatı Ilham Kərimov və polis-baş leytenatı Söhrab Orucov və təhsil üzrə ekspert, psixoloq Nuranə Şıxəliyeva, Sabirabad Peşə Liseyin direktoru Vahid Abdullayev çıxışlarında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanlar özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib, bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb. insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumat verib.
Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarına mövzuya aid bukletlər paylanılıb.
Gununsesi.info