Azərbaycanda insan haqlarının durumu BMT-də müzakirə olunacaq

  • By admin
  • 28 Avqust 2023 14:31

BMT İnsan Hüquqları Şurasında Universal Dövrü İcmal mexanizmi çərçivəsində Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti müzakirə olunacaq.

Bu barədə Gununsesi.info-ya açıqlamasında insan haqları fəalı Anar Məmmədli deyib.

Onun sözlərinə görə, bu prosesdə alternativ hesabatlar təqdim edən vətəndaş cəmiyyəti təşkilatları üçün BMT strukturları sabah təqdimat təşkil edəcək:

“Xatırladım ki, 5 il öncə Cenevrəyə Qubad İbadoğlu ilə birgə gəlmişdim. Onunla birgə xeyli təqdimat və çıxışlarımız olmuşdu. İndi Cenevrədə görüşdüyüm diplomatlar və ekspertlər Qubad bəy də daxil olmaqla digər siyasi motivli həbslərlə maraqlanır”.

Elmar
Gununsesi.info