Azərbaycanda iş adamı özünü avtomobilində güllələdi -TƏFƏRRÜAT

  • By admin
  • 05 Yanvar 2023 12:54

Naftalanda baş verən intiharın bəzi detalları məlum olub.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb.

63 yaşlı Feyruz Qocayev özünə məxsus “Nissan” markalı, 46-BA-222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd “Stoeger” markalı tüfəng götürüblər.

Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən “Şəfa” sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.

F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.

Gununsesi.info