
Rusiya prezidenti Vladimir Putinə müxalif olan iş adamı Platon Lebedevin 19 yaşındakı nəvəsi Diana Lebedeva faciəvi şəkildə İsveçrədə ölüb.
Gununsesi.info “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, “Rus Lady Diana” olaraq xatırlanan gənc qız, məşhur Azərbaycanlı iş adamının oğlu Azər Yaqubov ilə birlikdə tətildəymişlər.
Hadisə zamanı 23 yaşlı A.Yaqubovun idarə etdiyi avtomobil yoldan çıxaraq Lugano gölünə yuvarlanıb.
Yüksək sürət səbəbiylə idarəetməni itirdiyini açıqlayan İsveçrə polisi, “BMW-X6” marka avtomobilin suyun içindən çıxardıldığını, amma qəzada hər iki gəncin həlak olduğu bildirilir.
Bəzi şəxslər tərəfindən Diana Lebedevanın ölümündə V. Putinin əli ola biləcəyi idda edilir. Adı açıqlanmayan bir İsveçrəli səlahiyyətlisi bunun sui-qəsd ola biləcəyinin vurğulayıb: “Gənc qızın babası P. Lebedev Rusiya prezidenti V. Putinə müxalif bir şəxsdir. P. Lebedev vergidən yayınmaq, “çirkli pulları” “yumaq” faktı ilə bağlı 11 ilə müddətində həbs cəzasına çatdırılıb.
Rus mətbuatı D. Lebedevanın həyatını “Lady Diana”’nın həyatına bəzədiblər. “Rus Diana”, Lady Diana ilə eyni talehi” bölüşürlər.
Anar
Gununsesi.info