Azərbaycanda işsizlik səviyyəsi azalacaq – Beynəlxalq Valyuta Fondu

  • By admin
  • 07 Aprel 2021 22:58

2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatında qeyd olunub.

HTML tutorial

Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.

BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.

Eyni zamanda BVF proqnozlarına əsasən, Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq (trend).

Gununsesi.info