Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlandı

  • By admin
  • 22 İyul 2021 21:09

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb.

Gununsesi.info-nun  məlumatına görə, qeyd olunan müddət ərzində 795 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 78 ədəd az minik avtomobili istehsal olunub.

HTML tutorial

Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə traktorların istehsalı 2,8 dəfə, fəvvarə armaturunun istehsalı isə 61,4 faiz artıb.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 134,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 48,3 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 69,1 faiz azalıb.

Gununsesi.info