Azərbaycanda istehsal olunan məhsullara çeşidlər üzrə sertifikat veriləcək

Azərbaycanda istehsal olunan məhsullara çeşidlər üzrə sertifikat veriləcək

Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda istehsal olunan bütün məhsullar üzrə sertifikatlaşmanı ləğv edib.

Gununsesi.info-nun məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə, bütün sahibkarlıq strukturları bunu bilməlidir: “Çünki, məhsullara çeşidlər üzrə sertifikat veriləcək. Əgər hər hansı qurum yoxlamaya gəlib, istehlakçı subyektdən sertifikat tələb edirsə, bilin ki, bu qanunsuzdur”.

Q. Təhməzli bildirib ki, Azərbaycanda ərazisində qida istehsalı ilə məşğul olan subyektlər qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər: “Onalar bu müvafiq qeydiyyatı almaq üçün ASAN Xidmətə müraciət etməlidirlər. Müəssisə qida təhlükəsizliyi qeydiyyatına salandan sonra öz istehsal etdiyi məhsulları ixrac edə biləcək”.

Gununsesi.info

COMMENTS