Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gəlir - "Gulf News"

  • By admin
  • 28 İyul 2016 10:51

img2090167

Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb.

Gununsesi.info  “APA-Economics”ə istinadən xəbər verir ki,  bu barədə “Gulf News” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu barədə yerli turizm şirkətləri məlumat verib.

“Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır” – deyə, turizm şirkətlərindən birinin rəhbəri bildirib.

Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib.

Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.

Gununsesi.info