Azərbaycanda itləri güllələyən şəxs həbs edildi

Bərdə rayonunda itləri güllələyərək öldürən şəxs saxlanılıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

HTML tutorial

Bildirilib ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq, Rayon Polis Şöbəsinə götirilib. Hadisəni törədərkən istifadə eydiyi tir tüfəngi də ondan maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Gununsesi.info