Azərbaycanda Jirinovskiyə neçə səs verildi?-NƏTİCƏ

Azərbaycanda Jirinovskiyə neçə səs verildi?

 

Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb. 

Gununsesi.info səfirliyin saytına istinadən xəbər verir ki, martın 18-də keçirilən seçkilərlə bağlı səfirlikdə 1517 Rusiya vətəndaşı iştirak edib.

Səsvermənin nəticəsinə görə, S.N Baburin 5 səs, P.N. Qrudinin 119 səs, V.V. Jirinovski 35 səs, V.V. Putin 1252 səs, K.A.Sobçak 57 səs, M.A. Suraykin 7 səs, B.Y Titov 11, Q.Ayavlinski isə 17 səs toplayıb. Ümumilikdə, Putin səslərin 83 faizini toplamış olub.

Səsvermə ilə bağlı səfirliyə heç bir şikayətin daxil olmadığı qeyd edilir.

Gununsesi.info

COMMENTS