Azərbaycanda kənd təsərrüfatının istehsalı 4%-ə yaxın artıb

  • By admin
  • 17 Aprel 2023 13:22

2023-cü ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1340,1 milyon manat təşkil edib ki, onun da 1264,1 milyon manatı heyvandarlıq, 76 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5%, bitkiçilik məhsulları üzrə 1,3% artıb.

Gununsesi.info