Azərbaycanda koronavirus səbəbindən karantində neçə nəfər saxlanılır? – CİDDİ RƏQƏM

  • By admin
  • 05 Mart 2020 13:15

“Hazırda Azərbaycanda 500-dək insan koronavirusa görə karantin şəraitində saxlanılır”.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə
Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bu xəstəlik insanlarda adətən, daha yüngül formada keçir. Koronavirusa yoluxanların 4-5 faizində xəstəlik ağır formada keçir və onların xəstəxanada müalicə edilməsinə ehtiyac olur.

Gununsesi.org