“Ötən ilin sentyabr ayında Azərbaycan suverenliyini tam bəpra etdi. Sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amillər aradan qaldırdı. Sözsüz bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi”.
Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza deyib.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin Azərbaycanın bütün ərazilərində baş tutacağını xatırladan beynəlxalq ekspert qeyd edib ki, seçkilər hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir.
“COP29 ərəfəsində seçkilərin keçirilməsi Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcək. Bu prosesi mən alqışlayıram”, – deyə M. Brayza əlavə edib.
Gununsesi.info