Azərbaycanda keçmiş deputatın oğlu məhkəməyə çıxarılır

  • By admin
  • 25 Fevral 2020 10:39

Keçmiş deputat Gülər Əhmədovanın silahla tutulduğu bidirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş üzrə ilkin hazırlıq iclası martın 4-ü saat 12:30-a təyin edilib. Məhkəmə prosesi hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək.

 Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Toğrul Əhmədov “BMW” markalı avtomobilinə baxış zamanı 1 ədəd “Glock-19” markalı tapança, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah saxlama) maddəsi ilə ittiham olunur.

Gununsesi.org