“Azərbaycanda keyfiyyətli əsərlər, filmlər deyil, ucuz-ucuz seriallar çəkilir” - RASİM BALAYEV

Azərbaycanın xalq artisti Rasim Balayev hazırki vəziyyəti ilə bağlı danışıb.
Gununsesi.org xəbər verir ki, Unikal.org-a açıqlama verən xalq artisti son dövürlərdə keyfiyyətli filmlərin çəkilmədiyindən şikayətlənib:
“Necə fəaliyyətim olsun. Axı, Azərbaycanda kino yoxdur. Həm xoşuma gələn əsərlər yazılmır, həm də mənə uyğun rol da yoxdur. Keyfiyyətli əsərlər, filmlər deyil, ucuz-ucuz seriallar çəkilir. Onlar da sənət əsərləri deyil, ancaq “xaltura”dır. Biz sözümüzü dedik. Indi yol verək cavanlar davam etsinlər”.
Gununsesi.org