Azərbaycanda kimsənin icazəsi olmadan meyitin gözün buynuz qişasının götürülməsinə icazə verilir

  • By admin
  • 06 İyun 2020 11:10

Azərbaycanda meyit üzərində gözün buynuz qişası hər hansı bir icazə və vəsiyyət olmadan transplantasiya məqsədi ilə götürüləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.

Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Gununsesi.org