Azərbaycanda koronavirus infeksiyasına 7 474 yeni yoluxma

  • By admin
  • 06 Fevral 2022 18:38

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 474 yeni yoluxma faktı qeydə alınıb, 4 840 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 698 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8 871 nəfər vəfat edib. 43 405 nəfər aktiv xəstə sayını təşkil edib.

Gununsesi.info