Azərbaycanda koronavirus testlərinin sayı 1 milyonu keçdi

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, ölkədə son sutka ərzində 6751, hazırkı dövrədək isə 1009478 test aparılıb.

Gununsesi.info