Azərbaycanda koronavirusa yoluxan qadınların sayı kişilərdən çoxdur – FOTO

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların yaş və cinsə görə bölgüsü açıqlanıb.

Gununsesi.info bildirir ki, Koronavirusinfo.az saytında yer alan xəbərə görə, ölkəmizdə COVID-19-a yoluxanların 21 faizi 50-59 yaş arasında olan vətəndaşlardır. Həmin virusa yoluxanların 18 faizini 30-39, 16 faizini 60-69, 15 faizini 40-49, 14 faizini 20-29, 6 faizini 10-19, 5 faizini 0-9, 4 faizini 70-79 yaş arasında olan, 2 faizini isə 80 yaşdan yuxarı vətəndaşlar təşkil edir.

Yoluxanların cinsə görə bölgüsünə gəlincə, burada qadınlar üstünlük təşkil edir. Belə ki, COVID-19-a yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.


Gununsesi.info