Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini ötdü

  • By admin
  • 05 İyul 2020 18:42

Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini keçib.

Gununsesi.org xəbər verir ki, bu gün ölkədə daha 523 nəfər koronavirusa yoluxub, bununla da ümumi say 20 324-ə çatıb.

Onlardan 11 742-si sağalıb, aktiv xəstələrin sayı isə 8332-dir. Azərbaycanda indiyədək 250 nəfər Covid-19-un qurbanı olub.

 

Gununsesi.org