
Azərbaycanda koronavirusa 79 yeni yoluxma qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 830 780 nəfər koronavirusa yoluxub. Onlardan 820 094 nəfər müalicə olunaraq sağalıb, 10 212 nəfər vəfat edib, aktiv xəstə sayı 474 nəfərdir.
Son sutkada 1 298, hazırkı dövrədək isə 7 575 517 test aparılıb.
Gununsesi.info