Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

HTML tutorial

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

Gununsesi.info