Azərbaycanda koronavirusa yoluxma sayı artdı, 31 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 268 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 585, ötən müddət ərzində isə ümumilikdə 2 916 745 test aparılıb.

Gununsesi.info