Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı

“Bu gün koronavirusla bağlı ölkədə ölüm faktı iki faizdən azdır”.

Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

Onun sözlərinə görə, bu, digər ölkələrlə müqayisədə qənaətbəxş göstəricilərdir:

“Digər ölkələrdə ölüm faizi 12-14 faizə yaxındır. Bu fərqə Azərbaycanda qabaqlayıcı tədbirlərin vaxtında görülməsi səbəb olub”.

Gununsesi.org