Azərbaycanda koronavirusdan sağalanların sayı 1000 nəfəri keçdi

  • By admin
  • 24 Aprel 2020 16:49

Azərbaycanda koronavirusdan sağalanların sayı artıb.

Gununsesi.org xəbər verir ki,  son sutkada 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

HTML tutorial
 COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Gununsesi.org