Azərbaycanda koronavirusun öldürücülük riski böyük olan Britaniya ştammı aşkarlandı

  • By admin
  • 18 Mart 2021 18:48

Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb.

Gununsesi.info bildirir ki, bu barədə “Report”a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. “Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir”, – mərkəzdən bildirilib.

Qeyd edilir ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib.

Bundan əvvəl, hələ yeni ştammın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatla virusun Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin də daha yüksək olduğu məlum olub. Yeni ştammın yeni növ koronavirus infeksiyasından fərqli olaraq daha sürətlə yayıldığı təsdiqlənib.