Azərbaycanda korrupsiya ilə mübarizə beynəlxalq standarta uyğun olacaq

  • By admin
  • 04 Aprel 2022 18:02
Azərbaycanda İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi planlaşdırılır.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə həvalə olunub.
Beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, bu sahədə təkliflərin toplanılması və qiymətləndirilməsi, “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi nəzərdə tutulub.
Gununsesi.info