“Azərbaycanda kreditləşmə demək olar ki, dayanıb”

  • By admin
  • 18 Noyabr 2016 11:40
??????????????????????????????????????????????????????????
“Bu gün Azərbaycanda kredit qoyuluşu demək olar ki, dayanıb”.

Gununsesi.info xəbər verir ki, bunu bugünkü “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

V.Əhmədov bank sisteminin sağlamlaşdırılması üçün ölkə başçısına 14 səhifəlik təkliflər paketi göndərdiklərini deyib.

“Bu təklifi həmkarım Əli Məsimli ilə birgə göndərdik. Düşünürəm ki, devalvasiya əhaliyə mənfi təsir etməklə yanaşı, banklara da mənfi təsir edib”, – deyə deputat vurğulayıb.

Gununsesi.info